http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Zəfər” altsisteminə 245 minədək şəxsə dair məlumat daxil edilib

25 May 2023 , 16:41
“Zəfər” altsisteminə 245 minədək şəxsə dair məlumat daxil edilib

“Zəfər” altsisteminə ötən dövrdə aidiyyəti qurumlar tərəfindən 245 minədək şəxsə dair məlumat daxil edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya bildirilib.

Qeyd olunub ki, onların sırasına Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhidlərimiz və şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, Milli Qəhrəmanlar, Vətən Müharibəsi Qəhrəmanları, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləri daxildir.

Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Zəfər” altsistemi qurumlara şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərinin həyata keçirilməsi işlərində çevik məlumat mübadiləsinə, bu işlərin daha operativ, sistemli, məqsədəuyğun təşkilinə imkan verir.

Eləcə də şəhid ailələri və müharibə iştirakçıları barədə məlumatlar həmin altsistemə daxil edildiyi anda onlara e-sistem üzərindən proaktiv qaydada sosial ödəniş təyinatları aparılır.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu