http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Psixoloq: İşin yaratdığı psixi problemlər ailədə müzakirəni mübahisəyə çevirir

25 May 2023 , 17:25
418
Psixoloq: İşin yaratdığı psixi problemlər ailədə müzakirəni mübahisəyə çevirir

Çalışdığımız iş mühitin sağlam olub-olmaması barədə çox vaxt dərindən düşünmürük. Bununla belə, günün çox hissəsini keçirdiyimiz ofislər fiziki sağlamlığımızla yanaşı, psixi sağlamlığımıza da əhəmiyyətli dərəcədə təsir göstərir.

Sağlam olmayan iş mühiti piylənmə, diabet və ürək-damar xəstəlikləri ilə yanaşı, depressiya, diqqət əksikliyi və stress pozuntusuna da səbəb ola bilər.

"Operativ Media" mövzu ilə bağlı psixoloq Rövşən Nəcəfovun fikirlərini öyrənib:

İş yerlərindəki neqativ hallar ciddi xəstəliklərə səbəb ola bilərmi?

İnsan psixologiyası mühitə uyğun formalaşır. Sağlam psixoloji mühit şəxsin inkişafına dəstək olur. Əksi olduğu halda isə şəxsin psixikasında gərginlik yaradır. Neqativ halların xəstəliklərə səbəb olduğunu ifadə edə bilmərik, amma neqativ halların xəstəlikləri tətiklədiyini müşahidə edə bilərik. Şəxsin kəskin stres yaşaması davam edərsə şəxsdə kəskin stress pozuntusuna səbəb olur. Kəskin stres pozuntusu da istənilən genetik xəstəliklərin inkişafında rol oynayır.


İşin yaratdığı psixi problemlər ailə içində şiddət hallarını artırmı?

İşin ailəyə, ailənin də işə təsiri doğru haldır. Əgər ailədə problem varsa, əmək fəaliyyətinin keyfiyyətinə də təsir etmiş olacaqdır. Şəxsin iştirakçı olduğu bir hal başqa hala da səbəb olur. İnsan psixologiyası sabit deyil. İş mühitində olan münaqişəni ailədə davam etdirmək psixi halın nizamsızlığıdır. İşin yaratdığı psixi problemlər ailədə müzakirəni mübahisəyə çevirir. Gərgin iş mühitindən çıxmış şəxs və ya şəxslər ailədə də öz gərginliklərini müzakirələrdə ifadə edirlər. İstənilən psixi halın səbəb olduğu davranışlar mövcuddur. Mövcud olan davranışlar isə hər zaman adekvat olmur.

Sizə iş mühiti ilə psixoloji problemlər yaşayıb müraciət edən pasiyentlər varmı? Varsa onların problemi daha çox nə ilə bağlıdı?


Ümumi problemlər içində iş mühiti də mövcud olur. Müşahidə etdiyimiz zaman aydın olur ki, şəxsin iş mühiti onun psixikasında problemlərin yaranmasına səbəbə çevrilir. Daha çox rəhbərlə münasibətin uyğunsuzluğu xüsusi vurğulanır. Pasiyentlər müraciət edərkən konkret iş mühitindən şikayətçi olduğunu demirlər. Seanslar zamanı müəyyən edilir ki, problemin qaynağı şəxsin çalışdığı iş mühitidir. Bəzən də müşahidə olunur ki, şəxs sevdiyi peşə fəaliyyəti ilə məşğul deyil.


Sağlam iş mühitini necə yaratmaq olar?


Sağlam düşünmədiyimiz əməlin faydası yoxdur. Sevdiyimiz və bacardığımız işlə məşğul olduğumuz zaman uğurlu ola bilərik. Mühit şəxsin psixikasına görə dəyərləndirilir və dəyişir. Sağlam iş mühitini formalaşdırmaq üçün işçilər arasında yaranmış neqativ halları zamanında aşkarlamaq və aradan qaldırmaq lazımdır. Tənqidə dözümlülük, əməkdaşlar arasında empatiya və “Biz” anlayışını formalaşdırmaq iş mühitinin tərzi olmalıdır. Hansı zirvənin fəth olunmasından asılı olmayaraq eqo düşməndir. Bir nəfərin eqosu belə kifayət edir ki, fəth olunan zirvəni kiçiltsin.


İş stresindən necə uzaqlaşmaq olar? 8 saatlıq iş rejimini normal hesab edirsinizmi?


İş rejimi peşə fəaliyyətinə və şəxsə görə dəyişir. Bizim normal dediyimiz anlayışlar, başqalarına görə normal olmaya bilər. Ölkədəki gündəlik iş rejimi qanunla tənzimlənir. İş stresindən azad olmaq üçün şəxs və ya şəxslər asudə vaxtından səmərəli istifadə etməlidirlər. İşini sevən insanlar əməkdaşı olduqları müəssisələrə, həmkarlarına və ən əsası özünə fayda vermiş olurlar.

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
Menyu