https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Qadın 9 il sonsuzluq sonrası əkiz körpələr dünyaya gətirib

26 May 2023 , 14:22
Qadın 9 il sonsuzluq sonrası əkiz körpələr dünyaya gətirib

Qadın 9 il sonsuzluq sonrası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda əkiz körpələrini dünyaya gətirib.

"Operativ Media" Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna istinadla bildirir ki, hamiləlik periodunda Birinci mamalıq şöbəsinin müdiri Kəmalə Heydərovanın nəzarətində olan pasiyentə hamiləliyin 34-35-ci həftələrində vəziyyəti ilə əlaqədar icra olunan uğurlu qeysəriyyə kəsiyi əməliyyatı ilə əkiz körpələr dünyaya gəlib. Dünyaya gələn qız uşaqlarının birinin çəkisi 2 kilo 400 qram, digərinin - 2 kilo 900 qram olub.

Vaxtından əvvəl dünyaya gələn əkizlər Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb və orada həkim-neonatoloq Yaqut Rəhimovanın nəzarətində olub. Hər iki uşağa tənəffüs pozulması, morfofunksional yetkinsizlik əlamətləri, I və II dərəcəli qansızma diaqnozları ilə stasionar müalicə planı təyin olunub.

Tibbi heyətin nəzarətində olan yenidoğulmuşlara tənəffüs terapiyası, antibakterial və antifunqal müalicə icra olunub. Təxminən 40 gün müddətində aparılan intensiv terapiya və müalicə tədbirləri nəticəsində uşaqlar ailəsi ilə birlikdə kafi vəziyyətdə evə yola salınıb.

OXŞAR XƏBƏRLƏR
Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

XƏBƏR LENTİ
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
  • 07:08

    Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
  • 07:01

    İranda itlərə qayğı göstərən din xadimi mollaların təzyiqi ilə üzləşib
  • 06:50

    Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
    Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
  • 06:48

    Şri-lankada plastik tullantılarla qidalanan fillərin ölməsindən sonra hökumət hərəkətə keçib
  • 06:44

    Qırmızı dənizdə köpəkbalığı rusiyalı turisti yeyib
  • 06:40

    Kömək gözləyən ukraynalılara içməli suyu dronlar gətirdi
Menyu