http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Nağdsız ödənişlə mənzil alarkən ƏDV hansı halda geri qaytarılır?

26 May 2023 , 15:11
Nağdsız ödənişlə mənzil alarkən ƏDV hansı halda geri qaytarılır?

İpoteka yolu ilə 7 faizlə şirkətdən deyil, fiziki şəxsdən nağdsız ödənişlə ev almışam. ƏDV-nin bir hissəsinin geri qayratılması mənə aid edilirmi?

Dövlət Vergi Xidmətindən "Operativ Media"ya bildirilib ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi alıcıya geri qaytarılır.

Sorğuda qeyd olunan mənzil bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Qeyd edilib ki, fiziki şəxslər tərəfindən mülkiyyətində olan yaşayış sahələrinin təqdim olunması ƏDV-yə cəlb olunmur və notariuslar tərəfindən alğı-satqı zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı və 218-ci maddələri və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu