Prokurorluq Tərtərdə sursat partlayışı ilə bağlı məlumat yayıb

admin
Prokurorluq Tərtərdə sursat partlayışı ilə bağlı məlumat yayıb

Mayın 27-də Tərtər rayonunun Çaylı kəndi ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Əsgərov Məhsin Həsən oğlunun ərazidəki sursatın partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər