27 May 2023, 19:09
“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb
“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb şəkil
“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

QSC-dən “Operativ Media”ya bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB
"Sabah"ın futbolçusu əməliyyat olundu
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb