Taksi fəaliyyəti ilə məşğul olanları hansı qadağalar gözləyir? –Rəsmi

Fərrux Qocamanlı
Taksi fəaliyyəti ilə məşğul olanları hansı qadağalar gözləyir? –Rəsmi

“Taksi fəaliyyətində olan boşluqları aradan qalıdrmaq üçün mövcud qanunvericiliyə dəyişikliklə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təkliflər irəli sürülüb.

“Operativ Media” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin departament müdiri Sübhan Əbilov  taksi fəaliyyəti ilə bağlı əsas problemlərin həlli üçün görüləcək işlərdən danışıb.

“Qanunvericilikdə konkret normalar müəyyənləşəcək. Burda avtomobilin texniki sazlıq vəziyyəti, sürücülərin etik davranış qaydaları ilə bağlı təlimlərin keçirilməsi, sağlamlıqla bağlı və narkoloji vəziyyətlə bağlı testlərin keçirilməsi, xüsusi maddələrə bağlılığının olmadığını göstərən arayış tələb olunması kimi məsələləri özündə ehtiva edən qanunvericilik aktlarının olması planlaşdırılır.”-deyə department müdiri bildirib.

Sübhan Əbilov onu da qeyd edib ki, hazırda əsas problemlər aqreqatorlarla bağlıdı. O bildirib ki,şəxsi məlumatların ötürülməsi ilə bağlı həmin şirkətlərə konkret tələb qoyulub. Tələb ondan ibarətdir ki, onlar sürücülərin məlumat bazasını üçüncü ölkədən Azərbaycana daşısınlar. Bununla yanaşı taksi sürücülərinin iş və istirahət normasının pozulmasının qarşısının alınması üçün də tələblər müəyyənləşəcək.

Digər xəbərlər