30 May 2023, 13:54
Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq şəkil
Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Azərbaycanda mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-34° isti, dağlarda gecə 8-13°, gündüz 14-19°, bəzi yerlərdə 20-25° isti olacağı ehtimal edilir.

Son xəbərlər
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib