http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Məzun olmağın xərci nə qədərdir?

31 May 2023 , 10:17
Məzun olmağın xərci nə qədərdir?

Ali məktəblərdə məzun günü yaxınlaşır. Tələbələrin və məktəblilərin səbrsizliklə gözlədiyi bu gün artıq həm də ciddi bir maddi yükdür. Məzun geyimi, xatirə albomu və restoranlarda parti neçəyə başa gəlir?

“Operativ Media” məzunların builki xərclərini araşdırıb.

Ən çox tələbin olduğu məzun albomunun hazırlanması bəzən aylarla çəkir. Bəzən isə fotoqraflar bir neçə günə bütün qrupun şəkillərini fərqli məkanlarda çəkərək işi yekunlaşdırır. Fotoqraflar deyir ki, son illər tələbələr albom çəkilişlərindən daha çox fərdi və ya qrup şəklində fotosessiyalara üstünlük verirlər.
Qiymətlər isə belədir: 
1 məkanda çəkiliş -10 manat, albomla birlikdə 25 manat
2 məkanda çəkiliş -15 manat, albomla birlikdə 35 manat

Məzunun simvoluna çevrilən məzun geyimləri də elə də ucuz deyil.Qiymət parçalarının material və rəngindən, modelindən  asılı olaraq  dəyişir. Mantiyaların üzərinə univeristetin loqosunu və adını yazdırmaq istəyənlər əlavə vəsait də ödəməlidirlər. Mantiyaların kirayəsi 10 manatdan başlayır. Satıq qiymətləri isə bir qayda olaraq 25 manatdan başlayaraq artır. Geyimlərin üzərinə univeristetin adını və ya əlavə söz yazdırmaq əlavə 10 manatdır.

Məzunların yekun və əsas xərci əyləncə məkanına çıxır. İnzibatçılar bildirirlər ki, məzun gününə xüsusi menyular tərtib edilir. Burada qonaqların sayı da önəmlidir. Qruplar şəklində müraciət edildikdə qiymətlərə bir qədər güzəşt olunur. Şouproqramlara isə menyudan əlavə qiymət hesablanır. Menyu tam olsa qiymətlər 50-60 manatdan başlayır. Restoran inzibatçılarının sözlərinə görə, əksər hallarda tələbələr az büdcəli menyu istəyir. Ona gör də menyudakı yeməklərin sayını azaltmaqla qiymətlər 40 manatdan təklif olunur.

Beləliklə, bir tələbənin məzun gününə hazırlaşması minimum 120 manat-150 manata başa gəlir. Ancaq bu xərc restoran və geyim qiymətlərindən asılı olaraq arta bilir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
Menyu