Menyu

Neftçala rayon sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb

Redaksiya 1024 baxış
Neftçala rayon sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Əlisaleh Kərimov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, eləcə də böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və hündürlüyü 10-150 sm arası olan 1090 ədəd çətənə kolu, evindən isə çəkisi 8 kiloqrama yaxın olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər