Qəbələdə yol qəzasında 1 nəfər ölüb
Redaksiya
Dünən gecə saat 23 radələrində "Wolksvagen" markalı avtomobilin sürücüsü, 1959 - cu il təvəllüdlü Bakı şəhər sakini Rövşən Mustafayev Qəbələ şəhəri ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olan onun qızı və bir azyaşlı nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net