http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Kartofun qiyməti niyə ucuzlaşıb?

31 May 2023 , 12:25
Kartofun qiyməti niyə ucuzlaşıb?

Bölgələrdə kartofun qiyməti ucuzlaşıb. 

"Operativ Media” xəbər verir ki, xüsusilə Masallı və Cəlilabadda əvvəlki aylara nisbətən yarıbayarı enib.

Hal-hazırda yerlərdə kartofun qiyməti 20-25 qəpikdir. Yerli fermerlər bildirirlər ki, məhsul bol olduğu üçün aşağı qiymətə satmağa məcbur qalırlar. Məhsulu saxlamaq üçün xüsusi yerlərin olmaması onların işini daha da çətinləşdirib.

Keçən ilki qiymətlərlə müqayisə etdikdə də fərqi görmək mümkündür. Fermerlər deyir ki, ötən il qiymət 90 qəpik 1 manat arası olub. İndi isə məhsul çıxarılmamış qiymət 40-50 qəpiyə düşüb. Fermerlər deyirlər ki, hazırki qiymətlər məhsula çəkilən əziyyətə və xərcə dəymir. 

Bölgələrdə qiymətin enməsi paytaxt bazarlarına da təsirsiz ötüşməyib. Kartof təzə çıxanda 80-qəpik 1 manat idisə, indi paytaxt bazarlarında 35-40 qəpiyə satılır.

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirir ki, kənd təsərrüfatı məhsullarının ucuzlaşması proqnozlaşdırılırdı. Ona görə də fermerlərə tədarük üçün lazımi şərait yaradılmalıdır. Ekspert hesab edir ki, fermeri məhsulunu ziyana satmağa məcbur edən amillərdən digəri isə nəğd pul zərurətinin yaranmasıdır.”İstehsal prosesinin kreditlərlə və ya borc vəsaitlərlə təmin olunması qısa müddətdə həmin məhsulları bazar təklif etmək və onu nağdlaşdırmaq zərurəti yaradır. Belə hallarda təbii ki, kütləvi şəkildə bazara məhsul təklifi son nəticədə qiymətlərin kəskin şəkildə ucuzlaşmasını şərtləndirir.”-deyə Rəşad Həsənov qeyd edib.

İqtisadçının fikrincə, digər meyvə-tərəvəzlərin də qiymətinin enməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
Menyu