Ətraf mühitin mühafizəsi, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya başlanılıb.
Nazirlikdən "Operativ Media"ya bildirilib ki, layihənin əsas hədəfi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsi işinə yönəltməkdir.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən rast gəldikləri atmosfer havasına atılan tullantılar (tüstülər) barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və info@eco.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur. Anonimlik ETSN tərəfindən təmin olunur.
XƏBƏR LENTİ
Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Digər xəbərlər
Növbəti xəbər yüklənir...
Seçilmiş xəbərlər