http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Daşınmaz əmlakın sığortası ilə bağlı nələri bilmək lazımdır?

01 İyun 2023 , 17:11
Daşınmaz əmlakın sığortası ilə bağlı nələri bilmək lazımdır?

Daşınmaz əmlakın sığortası ilə bağlı son günlər yayılan xəbərlərdən biri bu gündən etibarən cərimələrin tətbiqidir. Yəni, əmlak sahibi evini sığorta etməsə cərimələnəcək.

Əslində bu yeni məsələ deyil. "Operativ Media" xəbər verir ki, evlərin icbari sığortası barədə qanun 2011-ci ildən mövcuddur. Bu səbəbəbdən də İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi var. Fiziki və ya hüquqi şəxslər sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamasa, fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib.

Ətrafında söz-söhbət yaranan yenilik isə sadəcə texniki məsələlərlə bağlıdır. Yəni, bu gündən etibarən sığorta şəhadətnamələri elektron olaraq vətəndaşların xidmətinə verilə biləcək. Bunu edə bilmək üçün İqtisadiyyat Nazirliyinin müvafiq qurumu ilə inteqrasiya həyata keçirilib, məlumat mübadiləsi aparılacaq. Alınan məlumatlar əmlakın sığortalanmasında istifadə olunacaq. Eynən avtomobil sığotalarında olduğu kimi. Yəni vətəndaş, şəxsi elektron kabinetində daşınmaz əmlakının sığortası ilə bağlı məlumatları bu gündən etibarən görmüş olacaq. Həmçinin bu kabinet vasitəsilə evlərin sığorta şəhadətnaməsi vətəndaşa çatdırılacaq. Bu yenilikdən sonra cərimələrin tətbiqinə gəldikdə İcbari Sığorta Bürosunun icraçi direktoru Rəşad Əhmədov bildirib ki, misiyalarımızdan biri əmlakın sığortalı olub-olmaması ilə bağlı məlumatın nəzarət edən orqana ötürülməsidir.

“ Bunun da olması üçün elektronlaşmanın faydası var. Cərimə ilə bağlı ortaya çıxan suallar var. İcbarı Sığorta Bürosu olaraq bizim belə bir səlahiyyətimiz yoxdur”. 

Lakin bu sistem vasitəsilə qurumlara sığorta olunan və ya olunmayan daşınmaz əmlak və qeyri-yaşayış sahələri ilə bağlı məlumatlar ötürüləcək.
Azərbaycan Vəkillər Kollegiyasinin üzvü, hüquqşünas Siracəddin Kərimov bildirir ki, bundan sonra Əmlak Komitəsi görəcək və məlumatı ötürəcək reyestrə ki bu şəxslərin əmlakları var. 

“İcbari Sığorta da bunları görəcək və cərimələnmə olacaq. Hüquqi şəxslərdə FHN və fiziki şəxslərdə icra hakimiyyətləri cərimələnməni həyata keçirəcək”.

Evlərin sığortasına marağın cərimələr yolu ilə artırılması düşündürən məsələdir. Vaxtilə avtomobillərdə məcburi sığorta ilə bağlı nəzarət tədbirlərinin gücləndirilmıəsindən sonra bu müsbət nəticə verdi. Evlərlə bağlı 12 ildir ki mövcud olan icbari sığortaya nəzarətin gücləndirilməsi efefktiv ola biləckmi? Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, bu asılı olacaq icbari sığorta ilə əməkdaşlıq edən müvəkkil sığorta təşkilatlarının nə dərəcədə şəffaf olmasından.

“Çünki dəymiş zərərin müəyyən olunmasından tutmuş sığorta haqqının ödənilməsinə qədər insan faktoru məsələsi var. Bunlar problemli məsələdir. Ümid edirəm ki, sığorta şirkətləri bu məsələyə ciddi şəkildə əməl edəcək. Eyni zamanda Sığorta Bürosu bu prosesi yaxından izləyəcək”.

Azərbaycanda 14 qeyri-həyat sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası ilə bağlı xidmət göstərmək imkanına malikdir. Məsələnin müsbət tərəfi odur ki, məsələn Bakı şəhərində evin sığortası üçün təyin olunan 50 manat sərfəli sayılır. Çünki bunun müqabilində ev 25 min manata qədər sığortalanmış olur. 

Sənədisiz evlərə gəldikdə isə onlar sənədləşdiriləndən sonra sığortaya cəlb edilə bilər. Bunun üçün isə xüsusi proqramın həyata keçirilməsinə ehtiyac var. Çünki təkcə Bakıda 10 minlərlə sənədsiz ev mövcuddur. Sənədi olmadığı üçün həmin evlər üzərində vətəndaşın mülkiyyət hüququ da yoxdur.

Samir Cabbarov

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu