http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Deputat: "Ermənistan Azərbaycana qarşı ekoloji terrorunu davam etdirir"

08 İyun 2023 , 15:39
Deputat: "Ermənistan Azərbaycana qarşı ekoloji terrorunu davam etdirir"

"Ermənistan növbəti dəfə Azərbaycana qarşı ekoloji terrorunu davam etdirməkdədir."

Bu sözləri "Operativ Media"ya  açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

Cavid Osmanovun sözlərinə görə, Ermənistan sərhəddə böyük bir ərazidə təxminən 16.500 m2 sahədə istehsal gücü 180 olan iri metallurgiya zavodunun tikintisini həyata keçirmək niyyətindədir. "Əlbəttə ki, bu bir daha Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozması deməkdir. Çünki ilk növbədə bu ekoloji terror deməkdir, çünki onun zərərli və çirkli tullantıları əhaliyə qarşı və o cümlədən ekologiyaya qarşı böyük bir təsiri olacaqdır."-deyə millət vəkili bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan 30 il müddətində Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyi müddətdə də təkcə xalqımıza qarşı etnik təmizləmələr aparmamış, xalqımıza qarşı soyqırımlar törətməmiş, eyni zamanda da bütövlükdə şəhər və kəndlərimizi qəsəbərimizi infrastrukturumuzu darmadağın etməklə yanaşı, ekologiyamıza qarşı da ciddi ziyanlar vurub.

"Bugün də xalqımıza qarşı mina terroru davam edir. Bir müddət bundan əvvəl də Ermənistan atom elektrik stansiyası ərazisində onsuz da pis vəziyyətdə, qəzalı vəziyyətdə olan bu stansiyanın ərazisində yeni bir nüvə reaktor tikintisi planlarını həyata keçirmək niyyətində idi. Əlbəttəki Azərbaycan bunun qarşısını almaq üçün  beynəlxalq qurumları qarşısında iddia irəli sürdü və bu iddiaya əsasən də Ermənistanın konvensiyanın müddəalarına əməl etmədiyinə dair qərar çıxarıldı.

Cavid Osmanov bildirib ki, bu gün də Ermənistan tərəfindən Azərbaycana qarşı dağ mədən sənayesinə, ekoloji mühitinə ciddi mənfi təsir göstərilməkdədir. Ermənistanın iri mədən müəssisələri olan Qacaran mis zavodu və Qafan filiz emalı kombinatı  yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd  çayını intensiv şəkildə çirkləndirir. 

"Əlbəttə ki bu bir daha onu göstərir ki, Ermənistanın bu addımları bütövlükdə region üçün ciddi təhlükələr yaradır. Düşünürəm ki, beynəlxalq qurumlar, təşkilatlar Ermənistana bu zavodun tikintisi ilə bağlı maneələr törətməli, qərarlar qəbul etməlidirlər. Əlbəttəki Azərbaycan tərəfindən bununla bağlı hüquqi addımlar atılmaqdadır."-deyə millət vəkili vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb
  • Dünən
    22:37

    Türkiyə Silahlı Qüvvələrinin dörd hərbçisi yol qəzasında həlak olub
  • Dünən
    22:13

    Qobustan sakini Ağdaşda qətlə yetirilib
  • Dünən
    21:53

    Millətlər Liqası: Azərbaycan Slovakiyaya məğlub oldu
  • Dünən
    21:47

    Əlcəzairin prezidenti yenidən Abdelmajid Tebbun seçilib
  • Dünən
    21:12

    Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb
  • Dünən
    20:47

    Sergey Lavrov Səudiyyə Ərəbistanında səfərdədir
  • Dünən
    20:24

    Aleksandr Maslyakov vəfat edib
Menyu