http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sahibə Qafarova Mustafa Şentopa məktub ünvanlayıb

08 İyun 2023 , 16:59
Sahibə Qafarova Mustafa Şentopa məktub ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) 29-cu sədri Mustafa Şentopa məktub ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Sahibə Qafarova məktubda Mustafa Şentopun TBMM-in sədri kimi fəaliyyəti dövründə qardaş ölkə parlamentinin əldə etdiyi uğurları qeyd edərək, bu dövrdə qardaş ölkələrimizin ali qanunvericilik orqanları arasındakı əlaqələrin daha da inkişaf etdiyini və keyfiyyətcə yeni səviyyəyə çatdığını vurğulayıb.

Qeyd edək ki, bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın Mustafa Şentopla telefon danışığı da olub. Telefon danışığında Sahibə Qafarova Mustafa Şentopun TBMM-in sədri kimi fəaliyyəti dövründə parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəyə görə bir daha təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mustafa Şentop öz növbəsində Türkiyə parlamentinin sədri kimi fəaliyyətinə verilən yüksək dəyərə görə Sahibə Qafarovaya dərin minnətdarlığını bildirib. O, bundan sonrakı fəaliyyəti dövründə də dost və qardaş xalqlarımız arasındakı münasibətlərin daha da dərinləşməsinə çalışacağını ifadə edib.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu