http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

09 İyun 2023 , 14:58
Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, iyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən bir neçə yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinə məruzə edilib ki, çətin relyefli ərazilərdə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Məntəqələr hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. General-polkovnik Z.Həsənov yerləşmə məntəqələrində şəxsi heyət üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib. Sonra nazir hərbi qulluqçularla görüşərək onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb.

Dövlətimizin Başçısının diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan general-polkovnik Z.Həsənov bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Sonda müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.

OXŞAR XƏBƏRLƏR
Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə dəstəkləməyə hazırdır

Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə dəstəkləməyə hazırdır

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

XƏBƏR LENTİ
  • 00:13

    Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə dəstəkləməyə hazırdır
    Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə dəstəkləməyə hazırdır
  • Dünən
    23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • Dünən
    22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • Dünən
    22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • Dünən
    22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • Dünən
    21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • Dünən
    21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • Dünən
    21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
Menyu