http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Deputat: Ələt Azad İqtisadi Zonasının müsbət iqtisadi təsirini Azərbaycan xalqı çox qısa zamanda hiss edəcək

09 İyun 2023 , 15:15
Deputat: Ələt Azad İqtisadi Zonasının müsbət iqtisadi təsirini Azərbaycan xalqı çox qısa zamanda hiss edəcək

Ələt Azad İqtisadi Zonasının Azərbaycana iqtisadi təsiri həddindən artıq çox olacaq. Təbii ki, tədricən olacaq. Bir ildən sonra biz bu təsiri görə biləcəyik.

Bunu "Operativ Media"ya açıqlamasında millət vəkili Rüfət Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, əslində bu layihə Azərbaycanın ümumi inkişafının artımı üçün labuddur.  "Qeyd etmək istəyirəm ki, dünyada 2000-dən çox iqtisadi zonalar var. Azad iqtisadi zonalar var, limanlarda var, bu və ya digər formada irili xırdalı fəaliyyət göstərir. Bunların içində bizim Ələt Azad İqtisadi Zonasının üstünlüyü odur ki, bütün aparıcı iqtisadi zonaların müsbət xüsusiyyətlərini götürüb burda cəmləşdirmişik. Digərlərinə baxanda iqtisadi komfort şəraiti yaradılıb.-"deyə Rüfət Quliyev bildirib.

Rüfət Quliyevin sözlərinə görə, xüsusi ilə qeyd etmək lazımdır ki, burda bütün fəaliyyət beynəlxalq qanunlarla idarə olunur. Eyni zamanda yüksək texnologiya ilə göstərilən xidmətlər orda yerləşdiriləcək. "Digər azad iqtisadi zonalardan əsas fərqlərdən biri isə odur ki, burda dövlətin qayğısı bütün istiqamətlərdədi. İstər investorlar üçün yaradılan şərait, vergi güzəştləri, yerləşmə üstünlüyü nəinki Azərbaycan, xarici investorlar üçün də müstəsna imkanlar təqdim edir. Milli məclis olaraq bu qanunları qəbul etdik və cənab prezident də təsdiqlədi. Biz də mütəmadi maraqlanırıq, baş çəkirik. Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla görüşlər, ora səfərlər zamanı da görürük ki, bütün proses zərgərlik dəqiqliyi ilə aparılır. Dövlət kifayət qədər vəsait ayırıb. Cənab prezidentin xüsusi nəzarətindədir. Dövlətin və dövlət başçısının böyük diqqət mərkəzindədir."-deyə millət vəkili qeyd edib.

Rüfət Quliyev onu da bildirib ki, bu tipli layihələrin iqtisadi səmərəsi bütün hallarda qoyulan investisiyanı qarşılayır. "Ələt Azad İqtisadi Zonasının yerləşdiyi ərazi Şərqlə Qərbin körpüsüdür, dəmiryolu, dəniz nəqliyyatı, Avropaya və Asiyaya açılan qapı və.s hamısını özündə cəmləyib. Dünyada 3-4 uğurlu layihə həyata keçirilibsə,onun birincisinin təməli İrlandiyada qoyuldu. Ümumi baxdıqda görürür ki, bu layihə İrlandiyada iqtisadiyyatı bir neçə dəfə artırdı. Ələt Azad İqtisadi Zonası İrlandiya, BƏƏ və Çin modeli üzərində qurulub.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu