Menyu

İlham Əliyev Tokayevə başsağlığı verib

Nərmin Qocamanlı 5101 baxış
İlham Əliyev Tokayevə başsağlığı verib

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.

“Operativ Media” xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç,

Abay bölgəsində baş vermiş güclü meşə yanğınlarının çox sayda insan tələfatına səbəb olması və ağır fəsadlar doğurması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”

 

Teqlər:

"İlham Əliyev Tokayevə başsağlığı verib"

Əlaqəli Xəbərlər