Türkiyə PA Ərdoğanın Azərbaycana səfər proqramını açıqlayıb
Redaksiya 8341 baxış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.
Bu, Türkiyədə dövlət ənənəsidir.
Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün sahələrdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.
Teqlər:
"Türkiyə PA Ərdoğanın Azərbaycana səfər proqramını açıqlayıb"