“Forsaj 10” filmi 652 milyon dollardan çox gəlir əldə edib
Lui Leteryerin "Forsaj 10" filmi dünya miqyasında 652,7 milyon dollar gəlir əldə edib.
"Operativ Media" xəbər verir ki, bu məbləğin 514 milyon dollardan çoxu Şimali Amerikadan olan tamaşaçılar payına düşüb. Qalan 138 milyon dollar isə digər ölkələrdən götürülüb. Filmin büdcəsi eyni zamanda təxminən 340 milyon dollar təşkil edib ki, bu da onu tarixin ən bahalı filmlərindən birinə çevirib. "Forsaj 10" hazırda 2023-cü ilin ən çox gəlir gətirən filmləri siyahısında dördüncü yerdədir. Ekran əsəri daha iki filmlə davam edəcək. 11-ci hissənin 4 aprel 2025-ci ildə nümayiş olunması gözlənilir. Final 12-ni çəkmək niyyəti isə bu yaxınlarda məlum olub.
Teqlər:
"“Forsaj 10” filmi 652 milyon dollardan çox gəlir əldə edib"