Menyu

Prezident: Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir

Nərmin Qocamanlı
Prezident: Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir

Azərbaycanı və Rusiyanı xalqlarımız arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri bağlayır. Bu gün bizim dövlətlərarası əlaqələrimiz, gündən-günə yeni sahələri əhatə edən sıx və etibarlı tərəfdaşlıq münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı təbrik məktubunda bildirilib.

"Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik", - məktubda qeyd edilib.

Teqlər:

"Prezident: Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir"

Əlaqəli Xəbərlər