Menyu

Qazaxıstan və Özbəkistan liderləri arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Qazaxıstan və Özbəkistan liderləri arasında telefon danışığı olub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Özbəkistan Prezidenti Abay rayonunda baş vermiş irimiqyaslı yanğınlar nəticəsində insan tələfatı ilə əlaqədar Tokayevə başsağlığı verib.

"Söhbət zamanı dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyib, dünyada mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd edilib.

Teqlər:

"Qazaxıstan Özbəkistan liderləri arasında telefon danışığı olub"

Əlaqəli Xəbərlər