Menyu

Berluskoni vəfat edib

Redaksiya
Berluskoni vəfat edib

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 87 yaşında vəfat edib.

"Operativ Media" xəbər verir ki, bu barədə İtaliya KİV məlumat yayıb.

Qeyd edək ki, Silvio Berluskoni 29 sentyabr 1936-cı ildə anadan olub.

1994-cü ildə İtaliyada keçirilən parlament seçkiləri öncəsi yaradılmış Forza İtaliya siyasi hərəkatının başçısı olub.

1994 – cü ildə Nazirlər Şurasının sədri və eyni zamanda parlamentin Avropa İttifaqı məsələləri və xarici siyasət Daimi Komissiyasının üzvü olmuşdur. 1994 – cü ildə Avropa Parlamentinə seçkilərdə iştirak etmiş və qələbə qazanmış, lakin deputat mandatının və Nazirlər Şurasının sədri vəzifəsinin eyni zamanda icra edilməsi mümkün olmadığından, Avropa Parlamentinə daxil olmamışdır. 1997-2008 – ci illərdə müxtəlif dövrlərdə Milan şəhərinin bələdiyyə müşaviri olmuşdur. 1999-2001 – ci illərdə Avropa Parlamentinə yenidən seçilmişdir. 2001 – ci ildə Nazirlər Şurasının sədri vəzifəsinə seçilmişdir. 2002-ci ilin yanvar-noyabr aylarında Xarici işlər naziri vəzifəsini icra etmişdir. 2004-cü ilin 3-16 iyul tarixlərində İqtisadiyyat və Maliyyə naziri vəzifəsini icra etmişdir. 2006-cı ilin mart-aprel aylarında Səhiyyə naziri vəzifəsini icra etmişdir. 2008 – ci ildə “Azadlıq xalqı” partiyasını təsis etmişdir. 8 may 2008–ci ildə Nazirlər Şurasının sədri seçilmişdir.

Teqlər:

"Berluskoni vəfat edib"

Əlaqəli Xəbərlər