Menyu

Səudiyyə Ərəbistanının xarici işlər naziri İrana səfər edəcək

Nərmin Qocamanlı
Səudiyyə Ərəbistanının xarici işlər naziri İrana səfər edəcək

Səudiyyə Ərəbistanının xarici işlər naziri İrana səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə İran XİN-nin sözcüsü Nasir Kənani bildirib.

İran və Səudiyyə Ərəbistanının 7 ildən sonra yenidən diplomatik münasibətlər qurduğunu, İranın Ər-Riyaddakı səfirliyi və Ciddədəki konsulluğunun açıldığını xatırladan Kənani Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin qısa müddət ərzində açılacağını bildirib.

Kenani bildirib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Ferhan yaxın gələcəkdə İrana səfər edəcək və ölkəsinin Tehrandakı səfirliyinin açılışında iştirak edəcək.

Teqlər:

"Səudiyyə Ərəbistanının xarici işlər naziri İrana səfər edəcək"

Əlaqəli Xəbərlər