Menyu

Rəsmi Bakı İran XİN-nə cavab verib

Nərmin Qocamanlı
Rəsmi Bakı İran XİN-nə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin iyunun 12-dəki şərhinə münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, o, bildirib ki, son zamanlar Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb:

"Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir".

 

Teqlər:

"Rəsmi Bakı İran XİN-nə cavab verib"

Əlaqəli Xəbərlər