http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

QDİƏT-ə sədrlik Türkiyəyə keçib

13 İyun 2023 , 17:00
QDİƏT-ə sədrlik Türkiyəyə keçib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birlikdə cari ilin 13 iyun tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 46-cı iclasında iştirak edib.

"Operativ Media" xəbər verir ki, QDİƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işləri İvica Daçiçin sədrliyi ilə keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib.

Nazir işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğunu beynəlxalq nəqliyyat və kommunikasiya bağlantılarının, habelə Zəngəzur dəhlizinin yaradılmasının müsbət təsirlərini diqqətə çatdırıb. Avropaya qaz ixracı və bu istiqamətdə imzalanan sazişlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın QDİƏT-in Mədəniyyət, Turizm, İKT, İstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib.

Ölkəmizin eyni zamanda, 2023-cü ilin 1 iyul tarixindən etibarən 2 il müddətinə (iyul, 2023 – iyul, 2025) QDİƏT-in Enerji üzrə İşçi Qrupunda ölkə-əlaqələndiriciliyi funksiyasını da öz üzərinə götürdüyü bildirilib.

İclasın sonunda yekun protokolu və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyadan Türkiyə Respublikasına təhvil verilib.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu