http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunun yeni tarixini təyin edəcəyik - ABŞ Dövlət Departamenti

13 İyun 2023 , 22:47
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunun yeni tarixini təyin edəcəyik - ABŞ Dövlət Departamenti

ABŞ Vaşinqtonda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunun yeni tarixini təyin edəcək.

"Operativ Media"-nın verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

"Tərəflər Cənubi Qafqaz regionunda dinc dialoqa davam etdikcə biz Vaşinqtonda danışıqların növbəti raundunu gözləyirik. Dediyimiz kimi, biz hesab edirik ki, dialoq qalan məsələlərin həlli üçün çox vacibdir. Biz razılaşmanın əldə olunacağına inanırıq. Təəssüf ki, bu [əvvəllər planlaşdırılan] görüş baş tutmadı. Tezliklə yeni bir tarixi yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik", - deyə Metyu Miller bildirib.

Qeyd edək ki, bundan əvvəl iyunun birinci yarısında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib. Danışıqların yekun mərhələsi mayın 4-də baş tutub.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu