Menyu

Ərdoğandan sonra Şahbaz Şərifin Azərbaycan səfəri - ŞƏRH

Redaksiya
Ərdoğandan sonra Şahbaz Şərifin Azərbaycan səfəri - ŞƏRH

Türkiyə prezidentinin səfərindən sonra Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gəlməsi üç qardaş ölkənin gələcək planlarını da birlikdə icra edəcəyindən xəbər verir. Bunu “Operativ Media”ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Zaur Məmmədov qeyd edib ki, Azərbaycan bir tərəfdən dünyanın hal-hazırda ən güclü ordularından birinə sahib olan hətta ilk 3-lükdə olan Türkiyənin, eyni zamanda Pakistanın ən yaxın tərəfdaşıdır.

“Hansı ki, Pakistan həm hərbi texniki imkanlar baxımından çox güclü ölkədir, müsəlman ölkələri içərisində, Asiya ölkələri içərisində xüsusi nüfuza sahibdir. Hətta mən düşünürəm ki, Avropada da belə hal-hazırda Pakistan ordusunun qarşısına çıxacaq çox nadir ordular var. İkincisi isə Pakistanın demoqrafiyasıdır. 232 milyonluq əhalinin sayı gələcəkdə əlbəttəki, Azərbaycan, Türkiyə, Pakistan birliyini daha da vacib edir. Biz əlbəttəki Pakistan Türkiyə birliyini Ermənistana qarşı istifadə etmirik. Ermənistan Azərbaycan ordusu qarşısında çox cılız bir ölkədir. Biz bunu bölgədə sülhün sabitliyin mühkəmlənməsi üçün edirik. O kəslər ki, gələcəkdə bizə təhdid ola bilərlər, bizi sərhədlərimizi keçməklə təhdid etmək istəyərlər, Azərbaycanda dünyəvi hakimiyyəti dəyişmək istəyərlər, o zaman onlar qarşılarında Şuşa bəyannaməsini görəcəklər, digər tərəfdən isə Pakistan ordusunu görəcəklər". 

Politoloq Pakistanın Azərbaycana münasibətindən xofa düşən ölkələrin siyasətinin də açıq aydın göründüyüni bildirib. Xüsusilə İran tərəfinin və Hindistanın narahatlığını vurğulamaq lazımdır.

“Hindistanı başa düşmək olmur. Azərbaycan Pakistan münasibətlərinin Hindistanla əlaqəsi yoxdur. İndi biz durub burdan Hindistana meydan oxuyası deyilik, Hindistanın ərazisinə göz dikəsi deyilik, eyni zamanda Pakistanın da belə bir iddiası yoxdur. Kəşmir məsələsi doğrudan da onlar arasında bir problemdir. Amma Kəşmirdən başqa Pakistanla Hindistan arasında elə bir ərazi problemi yoxdur. Belə olan kontekstdə Hindistanın durub-durub Ermənistana dəstək verməsi, Ermənistanla hətta şimal-cənub cənub-şimal layihəsi həyata keçirmək istəməsi gülüncdür. Yeri gəlmişkən bu ölkə çox təəssüflər olsun ki, Qoşulmama Hərəkatı tərkibindədir. Azərbaycan hardaki çox böyük vacib bir ölkədir. Hansı ki, 2011-ci ildə qəbul olub. Hindistan isə bu təşkilatın başlanğıcında  var idi. Amma baxın görün Azərbaycanın nüfuzu hardadır və Hindistanın nüfuzu hardadır. Qoşulmama hərəkatının bu 10 illər ərzində etmədiyini cənab prezident öz təklifləri ilə etdi. Qoşulmama hərəkatını təşkilata çevirməsinə yönəlik bir prosedur qaydalarına cəhdlərlə etdi. Biz real olaraq Hindistana qarşı heç bir düşmənçilik siyasətini güdmürük. Amma Hindistan çox təəssüflər olsun ki, Ermənistanı silahlandırmaq istəyir. Bu isə o deməkdir ki, bizim düşmənimizi silahlandıran ölkə faktiki olaraq bizim qarşımıza gələcək müharibələrdə iştirak edir” -deyə Zaur Məmmədov bildirib.

Teqlər:

"Ərdoğandan sonra Şahbaz Şərifin Azərbaycan səfəri - ŞƏRH"

Əlaqəli Xəbərlər