Putinin Azərbaycana təyin etdiyi yeni səfir kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Mixail Evdokimovu Azərbaycana səfir təyin edib.
Mixail Evdokimov 03.08.1959 tarixində anadan olub. Açıq internet platformalarında təhsili ilə bağlı məlumatlar tapılmasa da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olduğu bildirilir. Onun bioqrafiyasında 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemində çalışdığı qeyd olunub. Evdokimov nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Yeni səfirin iş yerləri aşağıdakı kimi olub:
1996 - 1997 - İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri.
1997 - 2001 - Rusiyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi.
2001 - 2002 - Avropa Əməkdaşlıq Departamentinin şöbə müdiri.
2002 - 2011 - Avropa Əməkdaşlıq Departamentinin direktor müavini.
2011-ci ilin may-noyabr ayları - MDB ölkələrinin birinci departamentinin direktor müavini.
2011-ci ilin noyabr ayından MDB ölkələrinin Birinci Departamentinin direktoru təyin edilib, MDB məkanında (MDB, KTMT, AAK) çoxtərəfli əməkdaşlıq məsələlərinə rəhbərlik edib.
2019-cu ilin sentyabr ayından 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.
İngilis və Fransız dillərini bilir.
Evlidir, bir oğlu var.