http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycanla Ermənistan arasında sülh sazişi nə vaxt imzalanacaq?

14 İyun 2023 , 15:55
Azərbaycanla Ermənistan arasında sülh sazişi nə vaxt imzalanacaq?

“Sülh danışıqları üzrə bir çox məsələlərdə razılıq var, amma Ermənistan tərəfi razılığa gəlinməyən dırnaqarası Qarabağ məsələsini gündəmə gətirir".

Bu sözləri “Operativ Media”ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsi necə həll olunacaq? - MÜSAHİBƏ

Fərid Şəfiyevin sözlərinə görə, Ermənistan tərəfi bu məsələni fərqli formada gündəmə gətirir. “Qarabağda yaşayan ermənilərin hüquqlarını qorumaq üçün təkliflər irəli sürürlər. Bunların təmin olunması üçün beynəlxalq mexanizm yaratmaq istəyirlər. Lakin buna da Azərbaycan getmir. İkinci Minsk qrupunun yaradılması üçün yeni cəhdlər var. Təbii ki, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqlarını təmin etməliyik, onların təhlükəsizliyini təmin etməliyik. Əlbəttə biz buna hazırıq”. 

Fərid Şəfiyev deyir ki, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqlarını təmin etmək üçün beynəlxalq təcrübədə mexanizmlər var.

“Bu yaxınlarda Bratislavada Hikmət Haciyev Slovakiyada yaşayan Macar azlıqları haqqında danışdı. O təcrübəni götürə bilərik. Azərbaycan üçün Xorvatiya təcrübəsi də daha yaxşı ola bilər. Ona görə ki, orada müharibə baş verdiyindən situasiya bənzərdir. Xorvatlar və Serblər arasında müharibə olub. Hətta qondarma respublika yaradıldı. Sonradan düzdür, dağıdıldı. Amma Serblərin hüquqları təmin olunur. Xorvatiya nümunəsi Avropa və NATO tərəfindən qəbul olunmuş mexanizmdir. Belə bir təcrübələrdən yararlana bilərik. Amma hansısa yeni mexanizmlər yaratmağa biz getməyəcəyik. Mövcud mexanizmlərdən istifadə edirik və edəcəyik. Ona görə də bu əsas problem olaraq qalır".

Fərid Şəfiyev real olaraq sülh sazişinin nə vaxt bağlanacağı ilə bağlı məsələyə də aydınlıq gətirib.

“Belə bir sənədlərdə 90 faiz razılaşdırmaq olar. Amma o 10 faiz bunun üzərindən xətt çəkəcək. Proqnoz etməyə çətinlik çəkirəm . Ermənistanın daxilində də müəyyən qeyri- sabitlik var. Düzdür Paşinyan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Biz də Ermənistanın daxilində elə də bir müqavimət görmədik, aksiyalar görmədik. Çünki ermənilərin müxalifətə inamı qalmayıb. Amma erməni diasporunda müqavimət var. Onlar sosial şəbəkələrdə Paşinyana qarşı olduqlarını açıq-aydın kampaniya çərçivəsində edirlər . Bütün bunlara baxmayaraq ola bilsin ki, payız aylarında sənəd imzalansın”-deyə  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri bildirib.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
Menyu