BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinə yenidən baş çəkiblər
Redaksiya
13 iyun tarixində BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkmişlər. Onlarla təkbətək görüş keçirilmiş və ailələri ilə əlaqə yaratmaq imkanı verilmişdir.
"Operativ Media" xəbər verir ki, mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
Teqlər:
"BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinə yenidən baş çəkiblər"