Çox şadam və məmnunam ki, Azərbaycan bu cür inkişaf edir - Pakistanın Baş naziri
Bakıya gələndə yolboyu gördüklərimin çox dərin təəssürat altındayam. Sizin gərgin əməyiniz, rəhbərliyiniz və baxışınız sayəsində Azərbaycanda böyük işlər görülüb.
"Operativ Media" xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Pakistanın şəhər planlaşdırılması, yaşıllaşdırma sahələrində Azərbaycanın təcrübəsinə ehtiyac duyduğunu qeyd edən Baş nazir bildirib: “Şəhəriniz son dərəcə təmizdir. Tullantıların emalı məsələsi, yəni, bu sahədə təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edir”.
Teqlər:
"Çox şadam və məmnunam ki Azərbaycan bu cür inkişaf edir - Pakistanın Baş naziri"