http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

"Azərbaycan istənilən vaxt anti-terror əməliyyatına başlaya bilər"

15 İyun 2023 , 15:24
"Azərbaycan istənilən vaxt anti-terror əməliyyatına başlaya bilər"

"Azərbaycan istənilən vaxt anti-terror əməliyyatına başlaya bilər"-bunu "Operativ Media"-ya açıqlamasında Millət Vəkili Arzu Nağıyev bildirib.

Millət vəkili bildirib ki, ermənistanın təxribatı sadəcə onların bir çirkin oyunudur.

"Baş verən hadisə nəticəsində təəssüf ki, bir hərbi qulluqçumuz yaralandı. Ermənistan tərəfi açıqlama yayıb ki, guya Azərbaycan əsgəri sərhədi keçərək bayraq asmağa çalışıb. Tamamilə absurd yanaşmadı. Ona görə ki, Ermənistan öz sərhədini qorumur ki, onların sərhədində ruslar durur. Heçbir vaxt Azərbaycan başqa dövlətin ərazisində bayraq ucaltmaq niyyəti olmayıb. Eyni zamanda həmin ərazidə Avropa İttifaqının visual kəşfiyyatçılarından ibarət bir missiya var. Onların da bununla bağlı açıqlaması yoxdur. Rusiya sülhməramlı kontingetinin də bir açıqlaması yoxdur. Bunun başında erməni təxribatı durur ancaq."-deyə Arzu Nağıyev bildirib.

Arzu Nağıyev bildirib ki, son təxribatda məqsəd sülhün bərqərar olmasını istəməmək, prosesi uzatmaqdır. 

"Təbii ki, Azərbaycan istənilən vaxt anti-terror əməliyyatı icra edərək öz torpaqlarının təhlükəsizliyini təmin edə bilər. Ermənilər çalışır ki, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da məsələyə daxil eləsin. Amma bunun da heçbir hüququ əsası yoxdur. Çünki ərazi özümüzündür. Bütün beynəlxalq normalara uyğun olaraq infrastruktrumuzu qururuq." deyə millət vəkili qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR
Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XİN Malini təbrik edib

XİN Malini təbrik edib

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu