Bu səhər Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra bəzi mənbələr Laçındakı nəzarət-buraxılış məntəqəsinin müvəqqəti olaraq bağlandığı və hərəkətin dayandırıldığı barədə məlumat yayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.
"Baş verənlərlə bağlı ciddi araşdırma aparılmayınca və Ermənistan siyasi hakimiyyəti təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər hərəkətə icazə verilməyəcək" - deyə məlumatda qeyd olunur.