http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

15 İyun 2023 , 16:55
Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

İyunun 14-də Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Operativ Media"ya bildirilib ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.

Görüşdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində hər iki ölkənin prezidentlərinin qardaşlıq və dostluğa əsaslanan şəxsi təmaslarının müstəsna rol oynadığı qeyd olunub.

Daha sonra iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. Ticarət-iqtisadi əlaqələrin hazırkı inkişafı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Özbəkistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.

Nazir müavini X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfə məlumat verib. Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünün yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir müavini X.Xələfov məcburi köçkünlərimizin öz doğma yurdlarına layiqli şəkildə qayıda bilmələri və regionda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin səyləri barədə danışıb.

Nazir müavini B.Usmanov çoxəsrlik səmimi dostluq və qardaşlıq əsasında qurulan ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, ötən il ərzində əlaqələrin müxtəlif əməkdaşlıq sahələrində daha da irəlilədilməsi istiqamətində mühüm uğurlar əldə edildiyini vurğulayıb. Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Özbəkistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin, eləcə də qarşılıqlı səfər və görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu