Menyu

Azərbaycan-İran arasında Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib

Redaksiya 530 baxış
Azərbaycan-İran arasında Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü Bakı şəhərində keçirilib.

Bu barədə "Operativ Media"ya “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər