Prezident İlham Əliyev İtaliya səfirliyində olub, Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəldi.