Menyu

Putinin müavini: Türkiyə-Rusiya münasibətlərində böyük reallaşdırılmamış potensial var

Nərmin Qocamanlı
Putinin müavini: Türkiyə-Rusiya münasibətlərində böyük reallaşdırılmamış potensial var

"Türkiyə-Rusiya münasibətlərində gələcək üçün hələ reallaşdırılmamış böyük potensial var".

"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin bildirib.

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Oreşkin, Sankt. Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) suallarıcavablandırıb.

Türkiyə ilə Rusiya arasında mühüm işlərin aparıldığını bildirən Oreşkin, "Bir çox sahədə böyük işlər aparılır. Bu sahələr də hər kəs tərəfindən tanınır. Məsələn, nüvə enerjisi kimi bir çox sahədə intensiv işlərimiz davam edir", - dey' bildirib.

Türkiyə və Rusiyanın bir çox maraqlı layihələri birgə həyata keçirdiyinə diqqət çəkən Oreşkin, “Açıq şəkildə deyə bilərəm ki, əməkdaşlığımızda mümkün potensialın 50 faizini belə həyata keçirməmişik”.

Teqlər:

"Putinin müavini: Türkiyə-Rusiya münasibətlərində böyük reallaşdırılmamış potensial var"

Əlaqəli Xəbərlər