http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Ermənilər özlərini necə ifşa etdilər?

16 İyun 2023 , 15:22
Ermənilər özlərini necə ifşa etdilər?

Son 7 aydır ki, ermənilər hər vəchlə beynəlxalq təşkilatlara Xankəndində qalan ermənilərin blokadada olması ilə bağlı davamlı kampaniyalar keçirirlər. Ötən ilin dekabr ayında bəyanat yaydılar ki, Şuşada keçirilən ekoloji aksiyaya görə, Xankəndi ilə əlaqə kəsilib. Reallıq isə tam fərqli idi.

Aprel ayının 23-də Laçında sərhəd buraxılış məntəqəsinin qurulması ilə kampaniya yenə başladı. Xankəndində olan ermənilər ac qalıb, susuz qalıb, gedib gələ bilmirlər. Yayılan görüntülərdə isə reallığın tam fərqli olduğu bir daha ifşa olunurdu. Erməni əsilli Azərbaycan vətəndaşları sərhəd buraxılış məntəqəsini tam qanunu rahat, təhlükəsiz şəkildə keçir.

İyunun 15-də növbəti erməni təxribatı ilə vəziyyət yenidən gərginləşdi. Azərbaycan ordusunun hərbi qulluqçusunun yaralanmasından sonra keçid məntəqəsi ermənilər üçün bağlandı. Ermənistan tərəfi yenə də məlumat yaydı ki, Xankəndindəki ermənilər guya blokadadı, guya acdırlar. 

"Operativ Media" ermənilərin üç fərqli vaxtda verdiyi bəyanatlara aydınlıq gətirməyə çalışıb. Dekabrda ermənilər blokadada idisə, aprel ayında yenidən niyə bəyanat yaydılar ki, yol bağlıdır?. Apreldə yol bağlı idisə, ermənilər yenidən dünən niyə bəyanat yaydılar ki, ermənilər blokadadır? Sadə və açıq bir sual yaranır. Ermənilər öz açıqlamaları ilə özlərini niyə ifşa etdilər?

Politoloq Elşən Məcidov məsələnin maraqlarını açıqlayıb. 

"Bu, sadəcə özlərini ifşa etmələridir. Əslində bu proseslərə səbəb nədir? Ermənilər görür ki, Qarabağda heç kim qalmır, çıxıb, gedirlər. Buna görə dedilər, yol bağlıdır, yəni insanlar getməsin. Beynəlxalq müstəviyə Xankəndini salmaq istəyirdilər. Guya ki, ermənilər yaşaya bilmirlər, acdırlar və danışıqlarda Xankəndi iştirak etməlidir. Əlbəttə ki, buna nail ola bilmədilər.

Elşən Məcidovun sözlərinə görə, ermənilərin ikinci bir planı da baş tutmadı. 

"Onlar düşündülər ki, səs-küy salsınlar ki, uşaqlar gedə bilmir, qadınlar çətinlik çəkir. Hətta görüntülərini yaydılar ki, digər ermənilər Qarabağdan çıxmasınlar. Bu da baş tutmadı. Sonra isə onlar başladılar atəşkəsi pozmağa ki, ermənilər qorxsun, sərhədi keçməsinlər. Son hadisə ilə isə yenidən məzlum faktorunu əldə bayraq elədilər. Amma bütün məsələlərin kökündə sadəcə erməni təxribatı və xisləti dayanır".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XƏBƏR LENTİ
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu