http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

XİN başçısının müavini Kubaya səfər edib

17 İyun 2023 , 11:36
XİN başçısının müavini Kubaya səfər edib

15-16 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Kuba Respublikasının Havana şəhərinə səfəri baş tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Səfər zamanı F.Rzayev Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriqez Parriya, xarici işlər nazirinin müavini Anayansi Rodriqez Kamexo və xarici ticarət və sərmayə nazirinin birinci müavini Ana Terezita Qonzalez Fraqa ilə görüşlər keçirib. Görüşlərdə çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Qrup-77 çərçivəsində əməkdaşlıq məsələləri, o cümlədən beynəlxalq inkişafa yardım sahəsində iki ölkə arasında mümkün tərəfdaşlıq imkanları müzakirə edilib. 

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan və Qrup 77-nin hazırkı sədri qismində Kuba arasında hər iki beynəlxalq təsisatın üzvlərinin maraqlarının qorunmasına xidmət edəcək əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində iyunun 16-da Karib dənizi hövzəsinin ada dövlətlərinin Kubada akkreditə olunan səfirləri üçün Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və beynəlxalq inkişafa yardım siyasəti barədə təqdimat tədbiri baş tutub. 

Azərbaycan nümayəndə heyəti 2 mart 2023-cü il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üzrə Qlobal Çağırış barədə iştirakçıları məlumatlandırıb. 

Həmin çağırış çərçivəsində ilk donor kimi Azərbaycan tərəfindən həmin dövlətlərə 1 milyon ABŞ dolları məbləğində yardımın nəzərdə tutulduğu bildirilib. Ada dövlətlərinin post-pandemiya dövründə ehtiyacları ilə bağlı məsləhətləşmələrin əhəmiyyətinə diqqət yönəldilib. Tədbir müvafiq mövzuda interaktiv müzakirələrlə davam edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XƏBƏR LENTİ
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu