Çexiya prezidenti: "Münaqişə davam edərkən Ukrayna NATO-ya üzv ola bilməz"
Nərmin Qocamanlı
"Münaqişə davam edərkən Ukraynanın NATO-ya üzvlüyü mümkün deyil".
"Operativ Media" xəbər verir ki, bu sözləri Çexiya prezidenti Petr Pavel CNN Prima NEWS telekanalına müsahibəsində deyib.
“Mən düşünmürəm ki, Ukraynanın NATO-ya qəbulu prosesi bu münaqişənin davam etdiyi bir vaxtda başlaya bilər. Ukraynalılar da bunun mümkün olmadığını başa düşürlər. Digər tərəfdən, ukraynalılara alyansın iyulda keçiriləcək Vilnüs sammitində münaqişə başa çatdıqdan sonra Ukraynanın NATO-ya daxil olması ilə bağlı prosesin başlanması ilə əlaqədar təminat verilməlidir”, - o, qeyd edib.
Teqlər:
"Çexiya prezidenti: \"Münaqişə davam edərkən Ukrayna NATO-ya üzv ola bilməz\""