Türkiyənin Rəqabət Qurumu "Google MMC", "Google International MMC", "Google Ireland Limited" və "Google Advertising" barədə istintaq başlatmağa qərar verib.
"Operativ Media" xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.
Rəqabət Şurası 12.01.2023-cü il tarixli iclasında ilkin araşdırma zamanı əldə edilmiş məlumat, sənədlər və nəticələri müzakirə edərək, nəticələri ciddi və yetərli hesab edib. Şirkət hakim mövqedən sui-istifadə etməkdə günahlandırılır.
2022-ci ilin dekabr ayı məlumatlarına görə Google, 99,43% bazar payı ilə Türkiyədə ən çox istifadə edilən axtarış sistemi olmağa davam edir. ABŞ texnologiya nəhənginin gəlirləri 2021-ci ildə rekord qırıb.
2021-ci ildə şirkətin gəlirləri 257 milyard dolları ötüb.