Menyu

Sabah Astanada Suriya üzrə dördtərəfli görüş keçiriləcək

Nərmin Qocamanlı
Sabah Astanada Suriya üzrə dördtərəfli görüş keçiriləcək
1 dəq oxu

Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması ilə bağlı növbəti görüş Qazaxıstanın paytaxtı Astanada olacaq. Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri iyunun 20-də görüşəcək.

"Operativ Media" xəbər verir ki, 11 ildən sonra Ankara ilə Dəməşq arasında ilk təmas ötən il dekabrın 28-də baş tutub.

Milli müdafiə nazirləri və kəşfiyyat rəhbərləri görüşdülər. Daha sonra xarici işlər nazirlərinin müavinləri və xarici işlər nazirləri də Moskvada görüşüblər.

Bu dəfə danışıqlar iyunun 20-də Astanada xarici işlər nazirlərinin müavinləri arasında keçiriləcək.

Əlaqəli Xəbərlər