Qurbanlıq quzular neçəyədir?
Redaksiya 3489 baxış
İyunun 28, 29-u Azərbaycanda Qurban bayramı günləridir.
“Operativ Media” bayram ərəfəsində ölkənin müxtəlif bölgələrində quzuların qiymətini araşdırıb.
Mərkəzi aran rayonlarında keçirdiyimiz sorğuda diri çəkisi 20 kq olan quzunun 170 AZN-dən başlayaraq təklif edildiyinin şahidi olduq.
Quzuların qiymətləri onların növünə (sort) və cinsinə görə dəyişə bilir.
Şimal və qərb rayonlarında isə qiymətlər arasında 10-20 AZN fərq var.
Bəzi yerlərdə diri çəkisi 20 kq olan quzu 200-240 AZN arası təklif olunur.
Quzuların neçə aylıq olması da qiymətlərə təsir edən əsas faktorlardandır.
Fermerlər bildirirlər ki, qiymətlər bayram yaxınlaşdıqca artacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net