http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

İlham Əliyev Özbəkistanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

05 İyul 2023 , 19:02
İlham Əliyev Özbəkistanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.

"Operativ Media" xəbər verir ki, Baxtiyor Saidov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin əziz dostu və qardaşı Prezident İlham Əliyevə salamlarını çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Baxtiyor Saidov Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrliyi və nazirlər görüşünün uğurla keçirilməsi münasibətilə təbriklərini ifadə edib. O, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq fəaliyyətin davam etdirildiyini və qarşıya qoyulmuş bütün məqsədlərin diqqətdə saxlanıldığını vurğulyıb.

Prezident İlham Əliyev öz növbəsində Özbəkistana dövlət səfərini məmnunluqla xatırladıb. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını bildirib, Prezident Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfərinin gözlənildiyini qeyd edib.

Söhbət zamanı Azərbaycanın və Özbəkistanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb, ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

*** 16:30

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.

"Operativ Media"nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir

Prezident İlham Əliyev: Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi

Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır

XƏBƏR LENTİ
  • 13:19

    Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir
    Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir
  • 13:06

    Prezident İlham Əliyev: Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi
    Prezident İlham Əliyev: Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi
  • 13:03

    Milli Məclisin komitələrinə sədr seçilib - SİYAHI
  • 13:01

    Məhkəmə Almaniyanın Azərbaycandakı rəsmi distrübüteri olan şirkəti cərimələyib
  • 12:59

    "Azadlıq prospekti” metrostansiyasından avtobusla Sumqayıta getmək mümkün olub
  • 12:58

    Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
    Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
  • 12:55

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:46

    VI çağırış Milli Məclis sədrinin müavinləri seçilib

Menyu