Ana səhifə / Siyasət / İranın XİN rəhbəri: Azərbaycanın təhlükəsizliyi İranın təhlükəsizliyidir İranın XİN rəhbəri: Azərbaycanın təhlükəsizliyi İranın təhlükəsizliyidir 05.07.2023, 17:56 Redaksiya İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda Prezident İlham Əliyevlə görüşünə dair açıqlamalar verib. "Operativ Media" "Tasnim"ə istinadən xəbər verir ki, iranlı nazir Azərbaycanın təhlükəsizliyini İranın təhlükəsizliyi hesab etdiyini deyib. O qeyd edib ki, Azərbaycan Prezidenti ilə regionda nəqliyyat kommunikasiyalarının açılmasını da müzakirə edib. Həmçinin Azərbaycanın Tehran səfirliyinə edilən hücuma toxunan nazir bildirib ki, bu barədə Azərbaycanın irad və fikirləri ilə tamamilə razıdırlar. "Araşdırma prosesi tez bir zamanda tamamlanmalıdır. Hücum edəni və bu cinayət əməlində əli olan hər bir şəxsi ən ağır cəza gözləyir"-deyə o bildirib. Teqlər: "İranın XİN rəhbəri: Azərbaycanın təhlükəsizliyi İranın təhlükəsizliyidir"
16.01.2026, 13:10 Bakıda Ümumdünya Şəhərsalma Forumu çərçivəsində tarixində ilk dəfə olaraq Liderlərin Zirvə Görüşü keçiriləcək