Menyu

Əli Əsədov monteneqrolu həmkarı ilə görüşüb

Əli Əsədov monteneqrolu həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 5-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb.

Bu barədə “Operativ Media”ya Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyəti vurğulanıb, D.Abazoviçin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyəti, o cümlədən irəli sürdüyü mühüm təşəbbüslər barədə bəhs edilib.

Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Eyni zamanda, ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, turizm və digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.

Teqlər:

"Əli Əsədov monteneqrolu həmkarı ilə görüşüb"

Əlaqəli Xəbərlər