http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Energetika naziri Pərviz Şahbazov Vyanada bir sıra görüşlər keçirib

05 İyul 2023 , 19:55
Energetika naziri Pərviz Şahbazov Vyanada bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov Vyanada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui, İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşüb.

Energetika Nazirliyindən "Operativ Media"ya bildirilib ki, BƏƏ-nin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə görüşdə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC), “Masdar”, “TAQA” şirkətləri ilə neft-qaz və bərpa olunan enerji sektorlarında, həmçinin qlobal neft bazarının tənzimlənməsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. BƏƏ ilə Azərbaycanın “yaşıl enerji” tərəfdaşlığından məmnunluq ifadə edilib. Tezliklə istismara veriləcək 230 MVt gücündə Qaradağ GES, həmçinin quruda və dənizdə 4 QVt gücündə “yaşıl enerji” layihələrinin icrası ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdə isə ölkələrimizin qlobal neft bazarının sabitləşdirilməsi məqsədilə “OPEC plus” formatında uğurlu əməkdaşlıq həyata keçirdiyi bildirilib. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatından bəhs edilib. İki ölkə arasında enerji əməkdaşlığının inkişafı üçün “Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi arasında neft və qaz sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyətindən danışılıb. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

OPEC-in Baş katibi Haysam Əl-Qays ilə müzakirələr də qlobal neft bazarının balanslaşdırılması istiqamətində addımlar, neft sənayesinin inkişafı ilə əlaqədar məsələləri əhatə edib. Gələcəkdə enerji təhlükəsizliyinin təminatı məqsədilə bütün tərəflərin cəlb edildiyi dialoq və əməkdaşlıq mühitinin yaradılmasının zəruriliyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

XƏBƏR LENTİ
  • 23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • 22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • 22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • 22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • 21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • 21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
Menyu