http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov və Cənubi Sudan XİN rəhbəri arasında görüş olub (FOTO)

05 İyul 2023 , 20:31
Ceyhun Bayramov və Cənubi Sudan XİN rəhbəri arasında görüş olub (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Sudanın xarici işlər və regional əməkdaşlıq naziri səlahiyətlərini icra edən Denq Dau Denq Malek ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə mövzusu olub. İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün potensial imkanların olduğu görüş zamanı vurğulanıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən nazir Ceyhun Bayramov sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səyləri, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslərini diqqətə çatdırıb.

Nazir Cənubi Sudanın Qoşulmama Hərəkatına üzvlüyü istiqamətində prosedurların tamamlandığı vurğulanıb və yeni üzvlük münasibətilə qarşı tərəfə təbriklər çatdırılıb.

Cənubi Sudanın xarici işlər və regional əməkdaşlıq naziri səlahiyətlərini icra edən Denq Dau Denq Malek QH-ya uğurlu sədrlik etməsi münasibətilə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

XƏBƏR LENTİ
  • 22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • 21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • 21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
  • 20:42

    Hakan Fidan: Qəzzada qəbuledilməz vəziyyət həyəcan siqnalı olmalıdır
  • 20:15

    Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
Menyu